18.04.2017 11:39
2540
2540

"Yuventus"un sabiq icraçı direktoru Luçano Modji Paulo Dibalonun gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb. Qeyd edək ki, Dibalo həm "Real"ın, həm də "Barselona"nın maraq dairəsindədir.
Luçano Modji deyib: Dibala "Real"da, yaxud "Barsa"da çıxış etməyəcək. Dibala "Yuventus"la müqavilə bağlayıb və o, klubun əsas elementlərindən sayılır. Şübhə etmirəm ki, o gələcəkdə "Qızıl top"a da yiyələnəcək. Dibalanun başı və ayaqları çempionluqdur".
Məlumat üçün bildirək ki, Dibala "Yuventus"la 2022-ci ilin yayına qədər müqavilə müddətini uzadıb.