çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Nicat Muxtarov: "Düzdü, söyüş söyürdüm, amma..."

18.04.2017 12:50 Oxundu 2661

“Mən hakimi söyməmişəm. Bu cəzaya layiq deyiləm”. Bu sözləri "apasport"a açıqlamasında “Sumqayıt” klubunun futbolçusu Nicat Muxtarov deyib. AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXVI turunda “Zirə” ilə qarşılaşmadan sonra hakimlər briqadasını təhqir edən 22 yaşlı yarımmüdafiəçiyə 4 oyunluq cəza kəsib. Buna üzüldüyünü bildirən futbolçu cəzasının ləğvinə ümid edir: “Mən orda hakimləri söyməmişəm. Düzdü, söyüş söyürdüm. Amma öz-özümə deyinə-deyinə, bu sözləri havaya dedim. Söyüş işlədəndə heç hakimləri görmürdüm. Bu, çox ağır qərar oldu. Mövsümün ən kritik anında komandama kömək edə bilməyəcəyim üçün məyusam. Amma apellyasiya şikayəti verəcəyik. Ümid edirəm ki, bu qərar ləğv olunar”.

Qeyd edək ki, Nicat Muxtarovun təhqirə yol verməsi “Sumqayıt”ın 3200 manat məbləğində cərimələnməsinə səbəb olub.