çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

“Qarabağ” nominal meydan sahibi olub

18.04.2017 15:50 Oxundu 1962

Azərbaycan Kubokunun final görüşünün püşkatma mərasimi keçirilib. Mərasimdə Peşəkar Futbol Liqasının, eləcə də “Qarabağ” və “Qəbələ” klublarının nümayəndəsi iştirak ediblər. “Qarabağ” Şahid Həsənov, “Qəbələ” isə Səbuhi Səfiyarlı ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub. Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 5 may tarixində Naxçıvan Muxtar Respublika stadionunda keçiriləcək.