çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

"Boavişta” Kamran Ağayev ilə yollarını ayırıb

18.04.2017 16:08 Oxundu 2072

Portuqaliyanın “Boavişta” futbol klubu milli komandamızın qapıçısı Kamran Ağayev ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

Otuz bir yaşlı qolkiperlə mövsümün sonunadək nəzərdə tutulan müqavilə qarşılıqlı razılaşma ilə pozulub.

Qeyd edək ki, mövsümün əvvəlindən “Boavişta”da çıxış edən Kamran Ağayev çempionatda 12, ölkə kubokunda isə 2 oyunda meydana çıxıb.