2088
“Real” Çempionlar Liqasının 1/4 finalında 2 oyunun nəticəsində 6:3 hesabı ilə qalib gəlməklə “Bavariya”nı mübarizədən kənarlaşdırmaqla rekorda imza atıb. Belə ki, “Real” ardıcıl 7-ci dəfə Çempionlar Liqasında yarımfinala yüksələn ilk klub klub. Buna qədər ən yaxşı göstərici 6 dəfə (2007/08-2012/13) ardıcıl ən yaxşı 4 komanda sırasına yüksələn “Barselona”ya məxsus idi.
Ronalda Avropanın ən nüfuzlu klub turnirində 100 qol həddini keçən ilk futbolçu kimi tarixə düşüb.
O, Almaniya “Bavariya”sı ilə 1/4 final mərhələsinin cavab görüşündə “het-trik” edərək aktivindəki qolları 101-ə çatdırıb.
Xatırladaq ki, Ronaldo bu qollardan 18-ni İngiltərənin “Mançester Yunayted” klubunda, qalanlarını isə “Real” Madriddə vurub.
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Real”la oyunda “Bavariya”nın ilk qoluna imza atan Robert Levandovski tarixə düşüb. Polşalı oyunçu bu qolla qitənin ən nüfuzlu klub turnirində “kral klubu”nu ən çox məyus edən oyunçu olub. O, madridlilərin qapısında 6 qol keçirib. Leva 2012/13 mövsümünün qrup mərhələsində “Real”a qarşı 1, yarımfinalda isə 4 dəfə fərqlənmişdi. Qeyd edək ki, “kral klubu”nu ikinci ən çox məyus edən oyunçu isə Del Pyerodur – 5 qol.