çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

Prosineçki təkzib edib

19.04.2017 09:25 Oxundu 2101

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki İspaniyanın “Valensiya” komandasına baş məşqçi təyin olunacağı ilə bağlı iddialara münasibət bildirib. “report”un məlumatına görə, 47 yaşlı xorvatiyalı mütəxəssis bu barədə “National Radio”ya danışıb.

R.Prosineçki bildirib ki, bununla bağlı “Valensiya” klubundan rəsmi təklif almayıb. İspaniya təmsiçisindən heç kimin ona müraciət etmədəiyini söyləyən R.Prosineçki baş məşqçi postunda Salvador Qonzalesi əvəzləyəcəyinə dair xəbərləri təkzib edib.

Qeyd edək ki, Robert Prosineçki futbolçu karyerası ərzində İspaniyada "Real Madrid", "Barselona" və "Sevilya"nın formasını geyinib. O, Azərbaycan millisinə 2014-cü ilin dekabrından rəhbərlik edir. R.Prosineçkinin müqaviləsinin müddəti 2017-ci ilin dekabrında başa çatır. Xorvatiyalı mütəxəssisin meneceri Yaşar Çalışır isə “Report”a açıqlamasında “Valensiya” klubun idman direktorunun onunla maraqlandığını söyləyib.