çərşənbə axşamı, 13 yanvar 2026

DİGƏR NÖVLƏR

İran 280 nəfərlik nümayəndə heyəti ilə gələcək

19.04.2017 11:55 Oxundu 1988

İran Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 280 nəfərlik nümayəndə heyəti ilə qatılacaq. Bu barədə qonşu ölkənin Milli Olimpiya Komitəsinin baş katibi Şahruh Şahnazi açıqlama verib. Onun sözlərinə görə, nümayəndə heyətində 130 kişi, 35 qadın idmançı yer alacaq. Bu, qonşu ölkənin İslamiadalar tarixində ən geniş heyəti olacaq. İran ilk oyunlarda 130 idmançı ilə ümumi medal sıralamasında 4-cü, sonuncu İslamiadada isə 88 idmançı ilə 2-ci yeri tutub.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.