cümə, 24 aprel 2026

BİZİM FUTBOL

"14 nəfərə qarşı oynamaq çox çətin idi"

19.04.2017 13:18 Oxundu 2089

"Kişi kimi oynadıq. 10 nəfərlə 14 nəfərə qarşı oynamaq çox çətin idi. Bizi meydanda öldürdülər". Bu sözləri "Bavariya"nın hücumçusu Tomas Müller dünən Çempionlar Liqasının ¼ final mərhələsində Madrid "Real"ına 2:4 hesabı ilə uduzub mübarizəni dayandırdıqları oyundan danışarkən deyib. Bununla da o, hakimlərin İspaniya klubuna kömək etdiyini xüsusi vurğulayıb.