çərşənbə axşamı, 13 yanvar 2026

BİZİM FUTBOL

11 metrlik zərbələrlə qələbə qazandılar

19.04.2017 19:00 Oxundu 2014

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün növbəti oyununu keçirib. Yığmamız Monteneqro komandası ilə qarşılaşıb. Oyunu 1:1 hesabı ilə başa çatdığı üçün turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən yığmamız 5:4 hesabı ilə qələbə qazanıb.

Yığmamız turnirdə son oyununu aprelin 21-də Qazaxıstan komandasına qarşı keçirəcək.