1666
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşləri keçirilir. Təmsilçilərimizdən “Neftçi” də növbəti oyununa çıxıb. Vəli Qasımovun komandası öz meydanında Maltanın “Baltsan” klubunu qəbul edib. Səfərdə keçirilən ilk oyunda rəqib qapısından 2 cavabsız top keçiriən “ağ-qaralar” bu görüşdə 1:2 hesabı ilə uduzub. İki matçın nəticəsinə əsasən, "Neftçi" növbəti mərhələyə yüksəlib.
Bakı təmsilçisinin II təsnifat mərhələsindəki rəqibi "Krakoviya” (Polşa) - "Şkendiya” (Makedoniya) cütünün qalibi olacaq. Makedoniya klubu ilk oyunda 2:0 hesablı qələbə qazanıb.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
“Neftçi” (Azərbaycan) – “Baltsan” (Malta) - 1:2
Qollar: Jayro, 20 - Misallef, 50, 67
İstifadə olunmayan penalti: Feneç, 57 (qapıdan kənara)
Baş hakim: Yaroslav Kozik
Baş hakimin köməkçiləri: Yevgeni Xalamendik, Viktor Matyaş
Dördüncü hakim: Nikolay Balakin (hamısı Ukrayna)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
UEFA nümayəndəsi: Olzas Abrayev (Qazaxıstan)
Bakı. 8-ci km qəsəbə stadionu stadionu
İlk oyun – 2:0
“Neftçi”: 1. Kreşvan Santini, 3. Jayro, 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo
Ehtiyat oyunçular: 66.Kamran İbrahimov, 4.Rahil Məmmədov, 10.Cavid İmamverdiyev, 19.Fəhmin Muradbəyli, 26.Kamal Qurbanov, 41.Ömər Buludov, 95.Elvin Bədəlov
“Baltsan”: 1. Kassar, 4. Qrioli, 8. Feneç, 9. Menvski, 10. Qrima, 11. Bezzina, 17. Effionq, 18. Anderson Fransisko, 23. Serrano, 50. Oliviera, 86. Kalyeviç
Ehtiyat oyunçular: 12. Skiberas, 32. Yanyuşeviç, 5. Samir Arab, 7. Misallef, 16. Brinkat, 20. Agius, 88. Kipriot