çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Fran­sa Al­ma­ni­ya­nı məğ­lub et­di

07.07.2016 23:57 Oxundu 1448

AÇ-2016-da ikin­ci fi­nal­çı bəl­li olub. Be­lə ki, mey­dan sa­hi­bi Fran­sa Al­ma­ni­ya­ya iki qol vur­maq­la adı­nı fi­na­la yaz­dı­rıb. Matç hər iki ko­man­da­nın qar­şı­lıq­lı hü­cum­la­rı ilə baş­la­yıb. An­caq azar­keş­lər ilk qo­lu gör­mək üçün bi­rin­ci his­sə­nin so­nu­na ki­mi göz­lə­mə­li olub­lar. Oyu­nun 45-ci də­qi­qə­sin­də tə­yin olu­nan pe­nal­ti­ni An­tu­an Qriz­man də­qiq ye­ri­nə ye­ti­rib.

Al­ma­ni­ya ikin­ci his­sə­də bu­nun əvə­zi­ni çıx­maq üçün irə­li atıl­sa da, əvə­zin­də qa­pı­sın­da qol gö­rüb. Sol ci­nah­dan Poq­ba­nın as­ma­sın­dan son­ra ko­bud səh­və yol ve­rən No­ye­rin xə­ta­sı­nı Qriz­man ba­ğış­la­ma­yıb.

Qeyd edək ki, fi­nal­da Fran­sa Por­tu­qa­li­ya mil­li­si ilə üz-üzə gə­lə­cək.

Avropa çempionatı

Yarımfinal mərhələsi

7 iyul

Almaniya - Fransa - 0:2

Qollar: Qrizman, 45 (pen.), 72

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito di Liberatore, Mauro Tonolini

Əlavə köməkçi hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)

Dördüncü hakim: Damir Skomina (Sloveniya)

Ehtiyat yan xətt hakimi: Yure Praprotnik (Sloveniya)

Hakim-inspektor: Hyuq Dallas (Şotlandiya)

UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)

Marsel. “Velodrom” stadionu

Almaniya: 1. Manuel Noyer (k), 3. Yonas Hektor, 4. Benedikt Hövedes, 7. Bastian Şvaynştayger, 8. Mesut Özil, 11. Yulian Draksler, 13. Tomas Müller, 14. Əmrə Can, 17. Jerom Boatenq, 18. Toni Kroos, 21. Coşua Kimmix

Ehtiyat oyunçular: 12. Bernd Leno, 22. Mark-Andre ter Şteqen, 2. Şkodran Mustafi, 6. Sami Xedira,9. Andre Şürrle, 10. Lukas Podolski, 15. Yulian Veyql, 16. Conatan Tah, 19. Mario Getse, 20. Leroy Sane, 23. Mario Qomes

Fransa: 1. Hüqo Lloris (k), 3. Patris Evra, 7. Antuan Qrizmann, 8. Dimitri Payet, 9. Oliver Jiru, 14. Blez Matuidi, 15. Pol Poqba, 18. Moussa Sissoko, 19. Bakari Sanya, 21. Loren Koselni, 22. Samuel Umtiti

Ehtiyat oyunçular: 16. Stiv Mandanda, 23. Benoit Kostil, 2. Kristof Jallet, 4. Adil Rami, 5. N'Qolo Kante, 6. Yohan Kabay, 10. Andre-Pyer Jinyak, 11. Antoni Martial, 12. Morqan Şneyderlin, 13. Elakvim Manqala, 17. Lukas Digne, 20. Kinqsli Kuman