çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

“Üçrənglilər”in üçüncü cəhdi uğurlu olacaqmı?

08.07.2016 10:33 Oxundu 1362

Fransa millisi tarixində 3-cü dəfə AÇ-nin finalına yüksəlib. “üçrənglilər” buna öz meydanlarında keçirilən AÇ-2016-da nail olub. Yarımfinalda Almaniyanı 2:0 hesabı ilə məğlub edən fransalılar 16 ildən sonra finala yüksəlib. İlk dəfə 1984, sonuncu dəfə 2000-ci ildə bunu bacaran yığma hər iki həlledici qarşılaşmada qalib gəlib. Portuqaliya isə tarixində 2-ci dəfə finalda oynayacaq. Pireneylilərin bunadək yeganə uğuru 2004-cü ildə olub. Həmin vaxt yığma finalda Yunanıstana uduzub.

Qeyd edək ki, ümumilikdə 12 komanda finala yüksəlib