1551
"Avro-2016"nın finalında keçiriləcək Portuqaliya - Fransa oyununun hakimləri müəəyənləşib. UEFA-nın saytının məlumatına görə, qarşılaşmanı Mark Klatternburqun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək. Ona Simon Bek və Ceyk Kollin köməklik edəcək. Dördüncü hakim funksiyasını Viktor Kassai (Macarıstan) yerinə yetirəcək.
Qeyd edək ki, Portuqaliya - Fransa oyunu iyulun 10-u keçiriləcək.
Avropa çempionatı - 2016
Final
10 iyul
23:00. Portuqaliya - Fransa
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Cek Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Ehtiyat yan xətt hakimi: Qyorgi Rinq (Macarıstan)
UEFA nümayəndələri: Yanis Mezekis (Latviya), Julien Olbert (Fransa)
Sen-Deni. “Stad de Frans”