çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

“Napoi” İquainlə yeni anlaşma planlaşdırıb

18.05.2016 09:53 Oxundu 1886

Oyunçunun xidmətlərini nəzərə alaraq “Napoli” komandasının rəhbərliyi argentinalı futbolçu ilə yeni müqavilə imzalamağa hazırlaşır. Bununla bağlı məlumat verən İtaliyanın “La Gazetta dello Sport” nəşri “Napoli”nin prezidenti Aurelio de Laurentisin Qonsalo İquainə daha yüksək maaş təklif edəcəyini və onunla müqavilənin müddətini 2020-ci ilə kimi uzatmağa hazırlaşdığını yazıb. “La Gazetta dello Sport”un məlumatına görə, argentinalı futbolçunun illik maaşı 7 milyon avroya qaldırılacaq. Lakin hələlik İquainin “Napoli” rəhbərliyinin təklifini qəbul edib-etməyəcəyi məlum deyil. Belə ki, bir müdddət əvvəl İquainin növbəti mövsümdə “ Napoli”də oynamaq istəmədiyi barədə məlumatlar yayılmışdı. Bəzi məlumatlara görə isə “Çelsi” və “Bavariya” İquainin transferində maraqlıdır. Xatırladaq ki, 28 yaşlı futbolçu bu mövsümdə “Napoli”nin heytəində bütün turnirlər də daxil olmaqla 42 oyunda meydana çıxıb və rəqib qapılarından 38 top keçirib. İquain bundan əlavə qolla nəticələnən 3 ötürmə verib. Tanınmış futbol mütəxəssisləri argentinalının transfer qiymətinin 60 milyon avro olduğu qənaətindədirlər.

Xatırladaq ki, İquain 2013-cü ilin yayında “Napoli”yə transfer edilib.