çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

“Balaca şahzadə”nin oyunu

08.07.2016 14:18 Oxundu 2196

Almaniya- Fransa matçında “Atletiko” Madriddə çıxış edən Antuan Qrizmann iki qol vurmaqla komandasını finala çıxardı. İndi bu futbolçu barədə bəzi nüansları diqqətinizə çatdırmaq istəyirik.

O, Fransanın Makon şəhərində dünyaya gəlib. Futbolda da ilk addımlarını bu şəhərin klubları olan EC Makon və TEATR Makonda atıb. 1997-1999 və 1999-2005-ci illərdə bu klublarda forma geyinib. 2005-ci ildə Qrizmann “Monpelye”nin heyətində “PSJ” klubunun gəncləri ilə yoldaşlıq görüşündə İspaniyanın “Real Sosyedad” klubunun seleksiyaçılarının diqqətini çəkib. Bir neçə həftəlik baxışdan sonra onu klubun akademiyasına qəbul ediblər. Beləcə, həyatını dəyişən İspaniya yolçuluğu başlayıb... “Real Socyedad”da forma geyinən Antuan Qrizmann bu komandanın heyətində 202 oyuna çıxıb, 52 qol vurub və 18 dəfə də asist edib.

2014-cü ilin yayında Qrizmann “Real Sosyedad”la müqaviləni uzatmaq istəmir. Bir neçə gün sonra o, 30 milyon avro qarşlılığında “Atletiko”ya transfer olunur. Və qısa zamanda “Atletiko” Madriddə bir ulduza çevrilib. Hazırda bu klubun formasını geyən Antuan Qrizmann “Atletiko”da 107 oyunda 57 qola imza atıb, 13 dəfə də asist edib.

Antuan İspaniyada oynadığı üçün Fransa milisində diqqətdən kənarda qalır. O, 2010-cu ilin fevralında Qrizmann milli komandaya dəvət edilir. Ukrayna ilə görüşdə Antuan komandasının qələbə topunu vurur. 2010-cu ilin 7 iyununda Qrizmann Fransada keçirilən gənclər arasında Avropa çempionatına dəvət alır. Çempionatda iki qol vuran Qrizmann ilk kubokunu qazanır. 2013-cü il gənclər arasında Avropa çempionatının seçmə mərhələsində vacib oyun ərəfəsi Qrizmann və bir neçə komanda yoldaşı millidən qovulur. Cəza müddəti bir il nəzərdə tutulsa da, Antuan səhvlərini etiraf edir və artıq Fransanın əsas milli komandasına qayıdır.

2014-cü il martın 5-də o, Hollandiya ilə oyunda meydana çıxır. Paraqvayla yoldaşlıq görüşündə isə ilk qolunu vurur. Yamayka ilə görüşdə də qapıdan iki top keçirir. Braziliyada keçiriləcək dünya çempionatınada heyətə daxil edilən Qrizmann 5 oyunda milinin formasını geyinir.

Antuan Qrizmann ləqəbi də var: “Balaca şahzadə”.

Yeri gəlmişkən, Fransa yarımfinalda son dünya çempionu Almaniya üzərində 2:0 hesabı ilə qələbə qazandı və hər iki topun müəllifi Qrizman oldu. İlk top penaldan vurulduğundan onun aktivinə yazılmadı. Amma o, qol sayını 5-ə çatdırdı.