çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

"Kral" 75 yaşında evləndi

08.07.2016 15:06 Oxundu 1525

Dünya futbolunun “kral”ı Pele yenidən ailə həyatı qurub. Braziliyalı sabiq futbolçu 75 yaşında 3-cü dəfə evlənib. 6 ildi Marka Aoki Sibele ilə birlikdə olan Pele, nəhayət ki, onunla evlənmək qərarına gəlib. Toy mərasimi braziliyalının dostları və ailə üzvlərinin iştirakı ilə baş tutub. 1980-ci ildən Sibele ilə tanış olan Pele 2010-cu ildən onunla yaxın münasibət qurur.

Qeyd edək ki, Pelenin ilk evliliyindən 3, ikinci evliliyindən isə 2 övladı var.