çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Klopp “Liverpul”la anlaşmanın müddətini artırdı

08.07.2016 15:18 Oxundu 1645

İngiltərənin məşhur “Liverpul” komandasının baş məşqçisi Yurgen Klopp ən azı 2022-ci ilə kimi adı çəkilən komandanın sükanı arxasında olacaq. Bu barədə məlulmat verən məşhur “Skay Sports” kanalı Kloppun “Liverpul” rəhbərliyi ilə görüşərək kluba 2022-ci ilə kimi rəhbərlik etməsi barədə anlaşma imzladığını bildirib. Kloppla bərabər onun yardımçıları olan Jelko Buvats və Peter Kravetsin da “Liverpul”la anlaşmalarının müddəti 2022-ci ilə kimi uzadılıb. Lakin yeni anlaşmanın rəsmi detalları barədə hələlik hər hansı bir məlumat verilmir. Xatırladaq ki, ötən ilin oktyabr ayından “Liverpul” komandasına baş məşqçi gətirilən Kloppla imzlanan anlaşmanın müddəti 2018-ci ilə kimi idi.

Yeri gəlmişkən onu da deyək ki, Kloppun rəhbərliyi altında “Liverpul” başa çatan mövsümdə Premyer liqada 8-ci yeri tutub.