çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Peter Çex yığmada karyerasını başa vurdu

08.07.2016 15:47 Oxundu 1591

Futbol üzrə Çexiya yığma komandasının məşhur qapıçısı Peter Çex bir daha yığma komandada çıxış etməyəcək. Bununla bağlı verilən məlumata görə, Çex yığma komandada karyerasını başa vurub. 34 yaşlı futbolçu yığma komandada karyerasını başa vurması ilə bağlı "Tvitter"ində belə yazıb: "Mən yığma komanda ilə birgə bir neçə dəfə xoş anlar yaşadım. Amma artıq getməyimin vaxtı çatıb. Mən bir daha yığma komandada oynamamaq qərarına gəldim. Komandamıza gələcəkdə uğurlar arzulayıram".

Xatırladaq ki, Çex 2002-ci ildən Çexiya yığmasının şərəfini qoruyurdu. O, yığma komandanın heyətində 124 dəfə meydana çıxıb. Bundan əlavə, Çex uzun illər Londonun "Çelsi" komandasının da əsas qapıçısı olub. Məşhur qapıçı hazırda "Arsenal" komandasında çıxış edir.