18.05.2016 09:55
4095
4095
O əvvəlki kimi əla formadadır. Ancaq onu da deyim ki, Runi ilə bərabər hazırda Vardi və Keynin də ulduzları parlamağa başlayıb. Onlar Runi ilə müqayisədə gənc və daha enerjilidirlər. Runinin yanında onlar böyük təcrübə qazana biləcəklər. Mənə elə gəlir ki, Runinin təcrübəsi, Vardi və Keynin enerjisi İngiltərə yığmasına Avropa çempionatında uğur qazanmağa imkan verəcək”, - deyib.
Qeyd edək ki, “Tottenhem”də oynayan Keyn bu mövsümdə rəqib qapılarından 25 top keçirərək çempionatın bombardiri olub. Vardi ölkə çempionu “Lester Siti”nin heyətində rəqib qapılarından 24 top keçirib. Runi isə bu mövsümdə sadəcə olaraq 7 dəfə fərqlənib.