08.07.2016 17:38
1544
1544
Avropa Liqasında iştirak edən komandalarımızın ikinci təsnifat mərhələsində keçirəcəkləri ilk oyunların vaxtları açıqlanıb. Təmsilçilərimizdən meydana ilk olaraq, “Neftçi” çıxacaq. Belə ki, 8-ci km qəsəbə stadionunda Makedoniyanın “Şkendiya” klubunu qəbul edəcək “ağ-qaralar”ın görüşü saat 20:00-da start götürəcək. Avstriyada “Admira”nın qonağı olacaq “Kəpəz” isə saat 21:00-da meydana çıxacaq. Görüş Sankt-Polten şəhərinin “NV Arena” stadionunda baş tutacaq.Avropa Liqasındakı digər təmsilçimiz “Qəbələ” isə ikinci mərhələdə Macarıstanın MTK klubu ilə qarşılaşacaq. Dyer şəhərinin “Dyirmot” stadionunda keçiriləcək ilk oyun saat 22:30-da start götürəcək.