çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Ata­sı mü­səl­man olan Zla­tan İb­ra­hi­mo­viç (2)

08.07.2016 19:49 Oxundu 1523

“İn­ter”i seç­di

10 av­qust 2006-cı il­də 24,8 mil­yon av­ro­ya “İn­ter” Mi­lan klu­bu ilə mü­qa­vi­lə im­za­la­dı. “İn­ter”in he­yə­tin­də ilk oyu­nu­nu 26 av­qust 2006-cı il­də “Ro­ma” ilə İta­li­ya Su­per­ku­bo­ku qar­şı­laş­ma­sın­da ke­çir­di. 74-cü də­qi­qə­də Vi­ey­ra­nın vur­du­ğu qo­lun ötür­mə­si­ni edib, oyun 4-3 he­sa­bı ilə “İn­ter”in xey­ri­nə ba­şa çat­dı və bu klub ku­bo­kun sa­hi­bi ol­du.

“İn­ter”in he­yə­tin­də İta­li­ya A Se­ri­ya­sın­da ilk oyu­nu­nu 9 sent­yabr 2006-cı il­də ilk tur­da “Fi­o­ren­ti­na” klu­bu­na qar­şı oyun­da ke­çi­rib. Bu oyun­da Zla­tan 11-ci də­qi­qə­də Kam­bi­as­so­ya məh­sul­dar ötür­mə ve­rib, 61-ci də­qi­qə­də isə Kam­bi­as­so­nun ötür­mə­si­ni qo­la çe­vi­rib. Bu, İb­ra­hi­mo­vi­çin “İn­ter”in he­yə­tin­də vur­du­ğu ilk qol olub. 17 de­kabr­da “Mes­si­na” klu­bu ilə oyu­nun (16-cı tur­da ) 49-cu də­qi­qə­də Mar­ko Ma­te­raz­zi­nin vur­du­ğu qo­lun ötür­mə­si­ni edib, 59-cu də­qi­qə­də isə özü fərq­lə­nib.

İb­ra­hi­mo­viç “ İn­ter”in he­yə­tin­də UE­FA Çem­pi­on­lar Li­qa­sı­nın 2006/2007-nin qrup mər­hə­lə­si oyun­la­rın­da və 1/8 fi­nal mər­hə­lə­si­nin oyun­la­rın­da mey­da­na çı­xıb. 31 ok­tyabr 2006-cı il­də Ru­si­ya­nın “Spar­tak” (Mosk­va) ilə qrup mər­hə­lə­si oyu­nun­da 1-ci də­qi­qə­də Kru­zun vur­du­ğu qo­lun ötür­mə­si­ni edib, oyun 0-1 he­sa­bı ilə “İn­ter”in xey­ri­nə ba­şa ça­tıb.

28 yan­var 2007-ci il­də öl­kə çem­pi­o­na­tı­nın 21-ci tu­run­da “Samp­do­ri­ya” ilə qar­şı­laş­ma­da 38-ci də­qi­qə­də he­sa­bı açıb, 75-ci də­qi­qə­də isə May­ko­nun vur­du­ğu qo­lun ötür­mə­si­ni edib. 3 mart 2007-ci il­də “Li­vor­no” ilə 27-ci tur qar­şı­laş­ma­sın­da 35-ci də­qi­qə­də Kru­zun vur­du­ğu qo­lun ötür­mə­si­ni edib, 66-cı də­qi­qə­də isə özü fərq­lə­nə­rək he­sa­bı 1-2 edib və “İn­ter”ə qə­lə­bə qa­zan­dı­rıb. 18 mart­da İta­li­ya A Se­ri­ya­sı­nın 29-cu tu­run­da “As­ko­li” ilə oyun­da 65 və 73-cü də­qi­qə­lər­də Ad­ri­a­no­nun ötür­mə­lə­ri­ni qo­la çe­vi­rə­rək dubl edib. Oyun 1-2 he­sa­bı ilə İn­te­rin xey­ri­nə ba­şa ça­tıb. İb­ra­hi­mo­viç “İn­ter”in he­yə­tin­də İta­li­ya A Se­ri­ya­sı­nın 2006-2007 möv­sü­mü­nün qa­li­bi olub.19 av­qust 2007-ci il­də “İn­ter”in he­yə­tin­də ye­ni­dən “Ro­ma”ya qar­şı İta­li­ya Su­per­ku­bo­ku gö­rü­şün­də mey­da­na çı­xıb. Bu oyun­da İn­ter 0-1 he­sa­bı ilə məğ­lub olub.

Dubl­lar alə­min­də

Zla­tan İb­ra­hi­mo­viç 2007-ci il­də “İn­ter”lə mü­qa­vi­lə­si­ni 2013-cü ilə qə­dər uza­dıb. 1 sent­yabr 2007-ci il İta­li­ya A Se­ri­ya­sı­nın 2007-2008 möv­sü­mü­nün 2-ci tu­run­da “Em­po­li” ilə qar­şı­laş­ma­da 14 və 83-cü də­qi­qə­lər­də qol vu­ra­raq dubl edib. Oyun­da baş­qa qol ol­ma­yıb, “İn­ter” 0-2 he­sa­bı ilə qə­lə­bə qa­za­nıb. 23 sent­yabr­da “Li­vor­no” ilə 4-cü tur oyu­nun­da 35 və 72-ci də­qi­qə­lər­də iki də­fə “İn­ter” he­sab­da ge­ri­də olar­kən qol vu­ra­raq dubl edib. Oyun 2-2 he­sa­bı ilə ba­şa ça­tıb. Üç gün son­ra 26 sent­yabr­da “Samp­do­ri­ya” ilə 5-ci tur oyu­nun­da da dubl edib. Oyu­nun 23 və 49-cu də­qi­qə­lə­rin­də ko­man­da yol­da­şı Fi­qu­nun ötür­mə­lə­ri­ni qo­la çe­vi­rib. 58-ci də­qi­qə­də isə İb­ra­hi­mo­vi­çin ötür­mə­sin­dən son­ra Fi­qu fərq­lə­nib.

İb­ra­hi­mo­viç “İn­ter”in he­yə­tin­də Çem­pi­on­lar Li­qa­sı­nın 2007-2008 möv­sü­mü­nün oyun­la­rın­da da mey­da­na çı­xıb. 2 ok­tyabr 2007-ci il­də qrup mər­hə­lə­sin­də Ni­der­lan­dın “PSV Ey­ndho­ven” klu­bu ilə qar­şı­laş­ma­da 15 və 31-ci də­qi­qə­lər­də qol vu­rub. Oyun 2-0 he­sa­bı ilə “İn­ter”in xey­ri­nə ba­şa ça­tıb. Zla­tan İb­ra­hi­mo­viç 7 no­yabr­da Ru­si­ya­nın OMİK (Mosk­va)ilə qar­şı­laş­ma­da da dubl edib, bu oyun­da 33 və 73-cü də­qi­qə­lər­də fərq­lə­nib.

13 yan­var 2008-ci il­də öl­kə çem­pi­o­na­tı­nın 18-ci tu­run­da “Si­e­na” klu­bu, yan­va­rın 20-də “Par­ma” ilə 19-cu tur oyu­nun­da dubl edib. 3 fev­ral­da 21-ci tur­da “Em­po­li” ilə qar­şı­laş­ma­da İb­ra­hi­mo­viç 34-cü də­qi­qə­də 11 metr­lik zər­bə­dən ye­ga­nə qo­lu vu­rub və nə­ti­cə­ni mü­əy­yən­ləş­di­rib.

İb­ra­hi­mo­viç fev­ral ayın­dan baş­la­ya­raq di­zin­də­ki xro­ni­ki zə­də­dən əziy­yət çək­mə­yə baş­la­dı. Bir çox oyun­lar­da mey­da­na çı­xa bil­mə­di. Çem­pi­o­na­tın son tu­run­da zə­də­dən son­ra ilk də­fə mey­da­na çıx­dı. 15 may 2008-ci il­də “Par­ma” ilə qar­şı­laş­ma­da 62 və 79-cu də­qi­qə­lər­də qol vu­ra­raq dubl et­di və Zla­tan ar­dı­cıl ikin­ci də­fə “İn­ter”lə İta­li­ya çem­pi­o­na­tı­nın qa­li­bi ol­du.

24 av­qust 2008-ci il­də İta­li­ya Su­per­ku­bo­ku uğ­run­da gö­rüş­də “İn­ter”in he­yə­tin­də “Ro­ma”ya qar­şı mey­da­na çıx­dı. Əsas və əla­və vax­tı 2-2 he­sa­bı ilə ba­şa ça­tan oyun­da “İn­ter” 11 metr­lik­lik­lər­lə 8-7 he­sa­bı ilə qa­lib gə­lə­rək ku­bo­ku qa­zan­dı.

2008-2009 möv­sü­mün­də də İb­ra­hi­mo­viç “İn­ter”in he­yə­tin­də çı­xış edib.

“İn­ter”dən “Bar­se­lo­na”ya

İb­ra­hi­mo­viç “İn­ter”dən son­ra İs­pa­ni­ya­nın “Bar­se­lo­na” klu­bu ilə mü­qa­vi­lə im­za­la­yıb. O, 28 av­qust 2009-cu il­də Uk­ray­na­nın “Şaxt­yor Do­netsk” klu­bu ilə oyun­da “Bar­se­lo­na”nın he­yə­tin­də de­büt edib. Üç gün son­ra La Li­qa­nın ilk tu­run­da “Spor­tinq Qi­jon” klu­bu ilə oyun­da 82-ci də­qi­qə­də “Bar­se­lo­na”nın he­yə­tin­də ilk qo­lu­nu vu­rub. 25 ok­tyabr­da 8-ci tur­da “Re­al Za­ra­qo­za” ilə oyun­da 29 və 56-cı də­qi­qə­lər­də fərq­lə­nə­rək dubl edib. No­yab­rın 29-u “Re­al Mad­rid”lə El Klas­si­ko­da 56-cı də­qi­qə­də oyun­da ye­ga­nə qo­lu vu­rub və “Bar­se­lo­na”ya qə­lə­bə qa­zan­dı­rıb. İb­ra­hi­mo­viç 12 de­kabr­da “Es­pan­yol” ilə qar­şı­laş­ma­da da qol vu­rub, oyu­nun 38-ci də­qi­qə­sin­də pe­nal­ti­dən he­sa­bı açıb, oyun bu he­sab­la ba­şa ça­tıb. İb­ra­hi­mo­viç La Li­qa­nın ikin­ci döv­rə­sin­də 29-cu tur­da “Mal­yor­ka” ilə oyun­da 63-cü də­qi­qə­də qol vu­ra­raq ko­man­da­sı­na qə­lə­bə qa­zan­dı­rıb. Zla­tan İb­ra­hi­mo­viç, həm­çi­nin “Bar­se­lo­na”nın he­yə­tin­də UE­FA Çem­pi­on­lar Li­qa­sı­nın 2009-2010 möv­sü­mü­nün oyun­la­rın­da mey­da­na çı­xıb.

Zla­tan İb­ra­hi­mo­viç 2009-2010 möv­sü­mün­də İs­pa­ni­ya Ku­bo­ku və Qi­tə­lə­ra­ra­sı ku­bok ya­rış­la­rın­da da “Bar­se­lo­na”nın he­yə­tin­də oyun­lar ke­çi­rib.

”Mi­lan”da ye­ni uğur­lar

Zla­tan İb­ra­hi­mo­viç 2010-2011-ci il möv­sü­mü­nü ica­rə əsa­sın­da “Mi­lan”ın he­yə­tin­də ke­çi­rib. 11 sent­yabr 2010-cu il­də İta­li­ya A Se­ri­ya­sı­nın ikin­ci tu­run­da “Ce­se­na” ilə qar­şı­laş­ma­da “Mi­lan”ın he­yə­tin­də de­büt edib. İta­li­ya çem­pi­o­na­tı­nın 5-ci tu­run­da 25 sent­yabr­da “Ce­noa” ilə qar­şı­laş­ma­da 49-cu də­qi­qə­də fərq­lə­nə­rək “Mi­lan”a qə­lə­bə qa­zan­dı­rıb. Ok­tyab­rın 16-da “Çi­e­vo Ve­ro­na” ilə oyun­da 18 və 30-cu də­qi­qə­də Pa­to­nun vur­du­ğu qol­la­rın ötür­mə­si­ni edib, 70-ci də­qi­qə­də isə av­to­qo­la im­za atıb. 20 no­yabr­da 13-cü tur­da “Fi­o­ren­ti­na” ilə oyun­da İb­ra­hi­mo­viç 45-ci də­qi­qə­də he­sa­bı açıb, oyun 1-0 he­sa­bı ilə “Mi­lan”ın xey­ri­nə ba­şa ça­tıb.

İb­ra­hi­mo­viç 13 mart 2011-ci il­də 29-cu tur­da “Ba­ri” ilə oyu­nun 73-cü də­qi­qə­sin­də ikin­ci sa­rı və­rə­qə ala­raq mey­da­nı tərk edib. Qır­mı­zı və­rə­qə­yə gö­rə 30-cu tur­da “Pa­ler­mo” və növ­bə­ti tur­da sa­biq ko­man­da­sı “İn­ter”ə qar­şı oyun­da mey­da­na çı­xa bil­mə­yib. 32-ci tur­da cə­za­sı bi­tib və “Fi­o­ren­ti­no” ilə oyun­da ye­ni­dən mey­da­na çı­xıb. La­kin bu oyu­nun 79-cu də­qi­qə­sin­də sa­rı və 8 də­qi­qə son­ra qır­mı­zı və­rə­qə al­dı­ğı üçün ye­ni­dən cə­za­la­nıb. Növ­bə­ti tur­da sa­rı və­rə­qə li­mi­ti dol­du­ğu üçün mey­da­na çı­xa bil­mə­yib. 34 və 35-ci tur­lar­da isə qır­mı­zı və­rə­qə­yə gö­rə oyun­dan kə­nar­da qa­lıb.

Zla­tan İb­ra­hi­mo­viç “Mi­lan”ın he­yə­tin­də 2010-2011 möv­sü­mün­də UE­FA Çem­pi­on­lar Li­qa­sı­nın qrup mər­hə­lə­si və 1/8 fi­nal oyun­la­rın­da mey­da­na çı­xıb. 15 sent­yabr 2010-cu il­də qrup mər­hə­lə­sin­də Fran­sa­nın “Au­xer­re” klu­bu ilə oyun­da “Mi­lan”ın he­yə­tin­də 66 və 69-cu də­qi­qə­lər­də iki qol vu­ra­raq dubl edib. Oyun­da vur­du­ğu ilk qol həm də onun “Mi­lan”da şöh­rə­ti­ni da­ha da ar­tı­rıb.

Zla­tan İb­ra­hi­mo­viç 2011-2012 möv­sü­mün­də UE­FA Çem­pi­on­lar Li­qa­sı­nın qrup mər­hə­lə­sin­də və növ­bə­ti mər­hə­lə­lər­də də oy­na­yıb.

.