09.07.2016 10:53
1123
1123
“Barselona” futbol klubunun titul sponsoru dəyişə bilər. Kataloniya təmsilçisi iyulun 30-dək yeni sponsorla rəsmi müqavilə imzalayacaq.
Son bir neçə ildə klubun baş sponsoru olan “Qatar Airways”la yanaşı ABŞ-ın nəhəng internet servisi olan “Amazon”la da danışıqlar gedir. Hələlik “Amazon”un təklif etdiyi rəqəm “Barselona”nın tələb etdiyi illik 65 milyon avro həddinə çatmır. Əgər tərəflər maddi məsələdə razılaşsalar, o zaman “Barselona”nın yeni mövsümdə baş sponsoru Amerika şirkəti olacaq.