çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Bu mövsüm kim fərqlənəcək?

09.07.2016 13:11 Oxundu 1157

Bu mövsüm İngiltərə Premier Liqasının komandalarının baş məşqçiləri nələrlə yadda qalacaqlar? Onlardan daha kim şanslı görünür?

Arsene Venger - “Arsenal”

66 yaşlı fransız Arsene Venger tam 20 ildir ki, “Arsenal”ın baş məşqçisidir. Bu müddətdə 3 dəfə Premyer Liqanın çempionu olub. Elə bu səbəbdən də həmişə tənqid hədəfinə çevrilib.

Komandanın hazırda Məsud Özil, Olivier Giroud, Alexis Sanchez kimi super ulduzları var.

Joze Mourinyo - “Mançester Yunayted”

Portuqaliyalı Joze Mourinyo “Porto”da Çempionlar Liqası Kuboku qazanıb. “Çelsi”də fövqəladə işlər görüb. “İnter”də Çempionlar Liqası Kuboku sevincini yaşayıb. Joze Mourinyo indi “Mançester Yunayted”lə - “qırmızı şeytanlar”la yeni bir hekayə yazmaq niyyətindədir. Bu mövsüm komandada çalışacaq Zlatan İbrahimoviç də ona dayaq olacaq.

Qeyd edək ki, Lui van Qaalın istefaya göndərilməsindən sonra yeni məşqçi arayışında olan “Mançester Yunayted” Joze Mourinyo ilə müqavilə imzalayıb. Uzun müddətdir ki, adı klubla anılan portuqaliyalı mütəxəssis 3 il “Mançester Yunayted”də çalışacaq. 53 yaşlı Mourinyonun sonuncu iş yeri İngiltərənin “Çelsi” klubu olmuşdu.

Yurgen Klopp - “Liverpul”

“Borussiya” Dortmundunu “Bayer” səviyyəsinə qaldıran və in Münhen səviyyəsinə çıxaran, oynatdığı Gegenpressing sistemi ilə tamamilə başqa bir oyun tərzi tutan, 49 yaşlı Alman teknik adam Jürgen Klopp, Liverpulda da eyni formatı inkişaf etdirərək həyata keçirir.

Antonio Konte - “Celsi”

İtaliya milli komandasının başına keçdiyi andan hər kəsin təqdirini qazanan və Avro- 2016-da 1/4-ə qədər irəliləyən Antonio Konte “Çelsi”yə daha həyəcanlı anlar yaşatmaqda israrlıdır. Məlumat üçün bildirək ki, 46 yaşlı mütəxəssis “Yuventus”a 3 dəfə A seriyasının çempionluğunu qazandırıb. Karlo Ançelotti İtaliya millisinin baş məşqçisi Antonio Konte barədə danışarkən belə deyib: “Kontenin fəlsəfəsi belədir: ya komanda ilə birlikdəsən, ya da ona qarşı. Orta mövqe yoxdur”. Qeyd edək ki, A.Konte baş məşqçi karyerası ərzində İtaliyanın “Bari”, “Atalanta”, “Siena” və “Yuventus” klublarında da çalışıb. İtaliya mediasının yaydığı xəbərlərdə onun “Yuventus”dan istefa səbəbi kimi transfer məslələrindəki fikir ayrılıqları göstərilir.

Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Antonio Konte İngiltərənin “Çelsi” klubu ilə müqavilə imzalayıb. Məlumata görə, anlaşma 3 illik nəzərdə tutulub. O, yeni mövsümdən komandanın başında olacaq.

Pep Qvardiola - “Mançester Siti”

Qvardiola futbolçu karyerasını bitirdikdən sonra 21 iyun 2007-ci ildə Barselona B futbol klubunun baş məşqçisi olub. Frank Raykardın 2007/2008 mövsümündə baş məşqçisi olduğu “Barselona”nın uğursuz çıxışından sonra bu klubun prezidenti Coan Laporta 8 may 2008-ci ildə klubun baş məşqçisi vəzifəsinə Qvardiolanı gətirib. 5 iyun 2008-ci ildə isə Qvardiola “Barselona” klubu ilə 2 illik müqavilə imzalayıb. Barselonaya baş məşqçilik etdiyi ilk ildə klub İspaniya milli futbol çempionatında çox uğurlu oyun nümayiş etdirərək 100-dən çox qola imza atıb və ölkə çempionu olub. “Barselona”ın baş məşqçisi kimi Qvardiola böyük uğurlara imza atmış olub. Barselona klubu “Kosmos komandası” adını alıb. Qeyd edək ki, o, “Bavariya” Münhenlə də uğurlu karyera inşa edib. Pep Qvardiolanın karyerasındakı yeni dayanacaq isə “Mançester Citi”dir.

Klaudio Ranieri - “Lester”

Klaudio Ranieri “Lester”in tarixinə ilk çempionluq yaşadan baş məşqçi kimi düşüb. O bu mövsümdə də bu sevinci yaşamağı düşünür. 64 yaşlı mütəxəssis məşqçi karyerası ərzində “Napoli”, “Fiorentina”, “İnter”, “Yuventus”, “Roma”, “Valensiya”, “Atletiko”, “Çelsi” kimi klubları çalışdırıb. Ranyeri ötən ildən “Lester”in “sükanı arxasında”dır.

Ronald Koeman - “Everton”

”Sautqempton” kimi təvazökar bir komanda, yüksək büdcəli komandalara baş tutar hala gətirən və son dərəcə müsbət bir futbol oynadan hollandiyalı baş məşqçi Ronald Koeman bu mövsüm “Everton”la Premier Liqaya rəng qatacaq. Qeyd edək ki, İngiltərə Premyer Liqasının “Everton” futbol klubu komandanın baş məşqçisi vəzifəsinə hollandiyalı məşqçi Ronald Koeman təyin edilib. Koemanın müqaviləsi 3 il müddətinə nəzrdə tutulub. “Everton” klubunun baş məşqçisi vəzifəsi may ayında Roberto Martinez işdən azad olunandan sonra boş qalırdı. Roberto Martinez İngiltərə Premyer Liqası futbol çempionatının sonuna 1 tur qalmış işdən çıxarılmışdı.

O zaman “Everton” turnir cədvəlində 12-ci yerə enmişdi.

Slaven Bilic - “Vest Hem”

Xorvatiya milli komandasında və “Beşiktaş”da məşqçilik etmiş, daha sonra “Vest Hem”də fəaliyyətini davam etdirən Slaven Bilic ötən mövsüm daha sanballı ingilis komandalarını meydandan əliboş göndərməyi bacarıb. Dmitri Payet kimi çox mühüm bir yıldıza da sahib olan Bilic görək bu mövsüm Premier Liqada nələr edəcək?