çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Pol Qaskoynun həyatını xilas etmək mümkün olacaqmı?

09.07.2016 14:19 Oxundu 1496

İngiltərə yığma komandasının keçmiş yarımmüdafiəçisi, məşhur futbolçu, 49 yaşlı Pol Qaskoyn xroniki içki düşkününə çevrilib. Bu da onun səhhətində tez-tez problemlərin çıxmasına və onun mütəmadi olaraq xəstəxanaya düşməsi ilə müşayiət olunmaqdadır. Ötən gün spirtli içki qəbul etməsindən sonra yenidən səhhətində problemlər yaşanan Qaskoynu ağır vəziyyətdə xəstəxanaya aparıblar. Qaskoynu müalicə edən həkimlərin "Mirror" qəzetinə verdikləri məlumata görə, keçmiş futbolçunun vəziyyəti ağırdır və içkidən əl çəkməyəcəyi halda onun həyatını xilas etmək mümkün olmayacaq. Xatırladaq ki, Qaskoyn İngiltərə yığmasında 57 oyunda meydana çıxıb və rəqib qapılarından 10 top keçirib. O, 1996-cı ildə keçirilən Avropa çempionatında İngiltərə yığmasının heyətində bürünc medala layiq görülüb. 2002-ci ildə Qaskoynun adı İngiltərə futbolunun "Şərəf zalı"nda həkk edilib.