çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

“Qarabağ”, “İnter”, “Neftçi”, “Qəbələ” ...

09.07.2016 14:52 Oxundu 1316

Avropa Liqası tarixində ən çox xal toplayan klubların siyahısı açıqlanıb. Yarışın 45 illik tarixini əks etdirən siyahıda Azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”dadı. Ağdam təmsilçisi 50 oyunda 19 qələbə qazanıb, 14 heç-heçə edib və 17 dəfə uduzub. 51 qol vurub, 56-nı buraxan təmsilçimiz qələbəyə görə 2 xal prinsipi ilə tərtib olunan siyahıda 52 xalla 126-cıdı. Cari mövsümün nəticələrinin nəzərə alınmadığı cədvəldə digər klublarımızdan “İnter” 23 xalla 237-ci, “Neftçi” 20 xalla 272-cidi. 11 xalı olan “Qəbələ” 395, 10 xala malik “Xəzər Lənkəran” 420-ci pillədə qərarlaşıb. Digər komandalarımız isə ilk “500-lük”dən kənarda qalıblar.

Qeyd edək ki, turnirin ən yaxşısı olan İtaliya “İnter”inin hesabında 217 xal var.