1293
İtaliya milli komandasının sabiq yarımmüdafiəçisi Marko Materatsi ilə əfsanəvi fransalı Zinəddin Zidan arasında 2006-cı ildəki Dünya çempionatının final matçında baş vermiş əhvalatı, yəqin ki hamı xatırlayır. Bu günlərdə həmin xatırlayan 42 yaşlı Marko Materatsi belə deyib: “Mən axmaqlıq etdim, amma Zinəddin Zidan belə reaksiya verməməli idi. Milan və Paris küçələrində daha pis söyüşlər eşitmək olar. Mən onun anasını söyməmişəm. Mənim anam rəhmətə gedəndə 15 yaşım var idi. Elə bu səbəbdən heç vaxt başqasının anasına söz demərəm. Mən onun bacısına söymüşəm. Artıq bunun fərqi yoxdur. Mən heç kimə kin saxlamıram”.
.jpg)
Xatırladaq ki, bu sözlərdən sonra əslən əlcəzairli olan Zidan Materatsin sinəsinə başla zərbə vurduğu üçün hakim onu meydandan qovmuşdu. Qeyd edək ki, 2006-cı ildəki Dünya çempionatında İtaliya ilə Fransa qarşılaşmışdı. Qarşıdurma 1:1 hesabı ilə bitib. Penalti seriyasında italyanlar 5:3 hesablı qələbə qazanıb.
.jpg)