çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

Hə­min ge­cə Va­qif ürək ağ­rı­sın­dan dün­ya­sı­nı də­yiş­di

10.07.2016 00:41 Oxundu 3039

Rəh­mət­lik Mi­ka­yıl ki­şi­nin üç oğ­lu var idi. Üçü də fut­bol­çu. Sta­di­o­na yo­lu bi­rin­ci ola­raq bö­yük oğ­lu Akif aç­mış­dı. Akif “Məh­sul” ko­man­da­sı­nın he­yə­tin­də res­pub­li­ka və şə­hər çem­pi­o­nat­la­rın­da çı­xış et­miş­di. On ilə ya­xın “Məh­sul” kənd id­man cə­miy­yə­ti­nin şə­rə­fi­ni qo­ru­yub. Fut­bol­çu kar­ye­ra­sı­nı ba­şa vur­duq­dan son­ra da hə­min cə­miy­yət­də əmək fə­a­liy­yə­ti­nə baş­la­yıb. 1992-ci il­də 50 ya­şın­da dün­ya­sı­nı də­yi­şib.

Evin ki­çik oğ­lu Arif əv­vəl­cə Or­du İd­man Klu­bun­da, son­ra isə “Neft­çi”nin uşaq ko­man­da­sın­da məş­ğul ol­muş­du. 1961-ci il­də Ba­kı­da ke­çi­ri­lən mək­təb­li­lə­rin VII Ümu­mit­ti­faq Spar­ta­ki­a­da­sın­da çem­pi­on adı­nı qa­zan­mış Azər­bay­can ko­man­da­sı­nın he­yə­tin­də 17 yaş­lı Arif də oy­na­mış­dı. Bun­dan son­ra Arif “Neft­ya­nik”in əvə­ze­di­ci he­yə­ti­nə qə­bul olun­muş­du. O, bir ne­çə il bu ko­man­da­nın he­yə­tin­də oy­na­mış­dı. Hə­min il­lər “Neft­ya­nik”in əsas he­yə­ti­nə düş­mək çox çə­tin idi. Çün­ki ko­man­da­nın bü­tün xət­lə­rin­də güc­lü fut­bol­çu­lar çı­xış edir­di­lər. Bu sə­bəb­dən Arif özü­nə ye­ni ko­man­da ax­ta­rır­dı. Elə bu vaxt Toms­kın “Tom­leş” ko­man­da­sın­dan də­vət alan Arif fik­ri­ləş­mə­dən ora yo­la dü­şür.

Ari­fi tap­maq məq­sə­di­lə mən Mosk­va­ya, Ru­si­ya Fut­bol Fe­de­ra­si­ya­sı­na zəng edib, Tomsk vi­la­yə­ti­nin Fut­bol Fe­de­ra­si­ya­sı­nın te­le­fon nöm­rə­si­ni öy­rən­dim. Zəng et­dim, Ari­fi xə­bər al­dım. De­mə, te­le­fon­la da­nı­şan Ari­fin özü imiş. Özü­mü təq­dim et­dim. Biz te­le­fon va­si­tə­si­lə ta­nış ol­duq. Arif özü ba­rə­də mə­nə da­nış­dı. “10 ilə ya­xın “Tom­leş” ko­man­da­sın­da çı­xış et­mi­şəm. O vaxt “Tom­leş” SSRİ çem­pi­o­na­tı­nın ikin­ci dəs­tə­sin­də ya­rı­şır­dı. Ha­zır­da 26 il­dir ki, Tomsk vi­la­yə­ti Fut­bol Fe­de­ra­si­ya­sı­nın səd­ri­yəm. Həm də Ru­si­ya çem­pi­o­na­tı­nın oyun­la­rın­da ko­mis­sar­lıq edi­rəm. Doğ­ma Ba­kı­mı­zı da unut­mu­ram. Tez-tez Ba­kı­ya qo­hum­la­rı­mın və dost­la­rı­mın ya­nı­na gə­li­rəm. Bu il­də gəl­mə­yi plan­laş­dır­mı­şam.

Bu də­fə gəl­səm, müt­ləq AF­FA-ya baş çə­kə­cə­yəm”. Təs­süf ki, ona doğ­ma Ba­kı­ya gəl­mək qis­mət ol­ma­dı. 2008-ci il­də elə sta­di­on­da və­fat et­di. Ürə­yi və­fa­sız­lıq et­miş­di.

Va­qif Ab­ba­sov Mi­ka­yıl ki­şi­nin or­tan­cıl og­lu idi. Bu gün­kü soh­bə­ti­miz də onun haq­qın­da­dır.

Va­qif 1939-cu il­də ana­dan olub. O da id­man növ­lə­ri ara­sın­da üs­tün­lü­yü fut­bo­la ver­miş­di. On­da fut­bo­la olan hə­və­si gö­rən bö­yük qar­da­şı Akif onu “Di­na­mo” cə­miy­yə­ti­nə apa­rıb, böl­mə­yə yaz­dır­mış­dı.

Məşq­çi Şa­mil Hey­də­ro­vun de­dik­lə­ri: “1957-ci il­də mən Va­qif­lə bir­lik­də Azər­bay­can Döv­lət Bə­dən Tər­bi­yə­si və İd­man İn­sti­tu­tu­na da­xil ol­duq. O vaxt fut­bol ka­fed­ra­sı­nın mü­di­ri To­fiq Bəh­ra­mov idi. Hə­min il­lər in­sti­tu­tun yax­şı fut­bol ko­man­da­sı var idi. Va­qif­lə mə­ni də bu ko­man­da­nın he­yə­ti­nə da­xil et­di­lər.

Baş məşq­çi Vik­tor Şev­çen­ko idi. Ko­man­da­nın he­yə­tin­də Tu­ran Məm­mə­dov, Ana­to­li Qrya­zev, Lev Lü­bars­ki, İqor Zöh­rab­bə­yov və baş­qa fut­bol­çu­lar çı­xış et­dik. Va­qif həm yax­şı mü­da­fi­ə­çi, həm də gö­zəl yol­daş idi. Mən onun­la dost­luq edir­dim”.

Azər­bay­can İd­man Aka­de­mi­ya­sı fut­bol ka­fed­ra­sı­nın mü­di­ri, id­man us­ta­sı Ra­fiq Ba­ğı­rov: “1965-ci il­də biz Ba­kı­nın “Di­na­mo” ko­man­da­sın­da oy­na­yır­dıq. Ko­man­da­mız SSRİ çem­pi­o­na­tı­nın “B” qru­pun­da ya­rı­şır­dı. Va­qif sağ kə­nar mü­da­fi­ə­çi ro­lun­da çı­xış edir­di. Baş məşq­çi­miz Əli Əbil­za­də idi. Al­lah ona rəh­mət elə­sin. Son­ra­dan Əbil­za­də Va­qi­fi özü­nə kö­mək­çi gö­tür­dü. Möv­sü­mün so­nun­da bir ne­çə fut­bol­çu­ya SSRİ id­man us­ta­sı adı ve­ril­di. Təl­tif olu­nan­lar ara­sın­da Va­qif də var idi. Möv­süm ba­şa çat­dıq­dan son­ra Va­qi­fi Sum­qa­yı­tın “Po­lad” ko­man­da­sı­na baş məşq­çi tə­yin et­di­lər. O, mə­ni də özü ilə Sum­qa­yı­ta apar­dı. Va­qif 1966-1970-ci il­lər­də yo­rul­ma­dan bu ko­man­da da ça­lış­dı. 1968-ci il­də “Po­lad” “B” qru­pun­dan “A” qru­pu­nun ikin­ci dəs­tə­si­nə və­si­qə qa­zan­dı. Va­qif az bir za­man­da gənc­lik şə­hə­rin­də güc­lü ko­man­da ya­rat­mış­dı. To­fiq Ab­ba­sov, Yu­ri Dar­vin (son­ra o, Mosk­va­nın “Spar­tak” ko­man­da­sı­nın qa­pı­sı­nı qo­ru­muş­du), Va­le­ri Fe­dort­sov, Ra­vil Cə­li­lov, Əda­lət Cə­fə­rov, Na­ma­zov və Mə­na­şi­rov qar­daş­la­rı onun ye­tir­mə­lə­ri­dir”.

”Heç kə­sin üs­tü­nə sə­si­ni qal­dır­maz­dı”

Va­qif Ab­ba­sov iki il, 1970-1971- ci il­lər­də Toms­kın “Tom­leş” ko­man­da­sın­da baş məşq­çi iş­lə­dik­dən son­ra ye­ni­dən doğ­ma Və­tə­nə qa­yı­dır. Bu vaxt onu Mosk­va­ya, ix­ti­sa­sı­nı ar­tır­maq məq­sə­di­lə Ali Məşq­çi­lər Mək­tə­bi­nə gön­dər­di­lər.

Va­qif bu Ali mək­tə­bi fərq­lən­mə dip­lo­mu ilə bi­tir­di. Ali məşq­çi­lər mək­tə­bi onu və Mosk­va­nın ta­nın­mış fut­bol­çu­su Gen­na­di Lo­qo­fe­ti təc­rü­bə keç­mək üçün İta­li­ya­nın məş­hur klub­la­rın­dan bi­ri­nə gön­dər­miş­di.

İd­man us­ta­sı Asim Xu­di­yev: “Va­qif Ab­ba­sov Mosk­va­dan qa­yıt­dıq­dan son­ra “Neft­çi” ko­man­da­sı­na məşq­çi tə­yin olun­du. Baş məşq­çi­miz Gen­na­di Bon­da­ren­ko idi. Va­qif əsa­sən əvə­ze­di­ci he­yət­lə ça­lı­şır­dı. İş­lə­di­yi müd­dət­də o, özü­nü çox sa­vad­lı mü­tə­xəs­sis, çox mə­də­ni, gö­zəl in­san ki­mi gös­tər­miş­di. Heç kə­sin üs­tü­nə sə­si­ni qal­dır­maz­dı. O, ko­man­da­ya is­te­dad­lı azər­bay­can­lı fut­bol­çu­la­rı də­vət edir­di. Onun ça­lış­dır­dı­ğı əvə­ze­di­ci he­yət çox məz­mun­lu oyun nü­ma­yiş et­di­rir­di. İs­gən­dər Ca­va­dov, Ma­şal­lah Əh­mə­dov, mən və bir çox­la­rı əvə­ze­di­ci he­yət­dən tez­lik­lə əsas ko­man­da­nın he­yə­tin­də yer al­dıq. Bir də­fə sə­hər ko­man­da­nın tə­lim ba­za­sı­na gə­lən­də bi­zə məşq­çi­miz Va­qi­fin ölüm xə­bə­ri­ni de­di­lər. Əv­vəl­cə inan­ma­dıq. Son­ra ha­mı ağ­la­ma­ğa baş­la­dı. Biz onu çox se­vir­dik. İna­nın ki, bir ne­çə gün özü­mü­zə gə­lə bil­mə­dik. Üç gün­dən son­ra Mosk­va­da yer­li tor­pe­do­çu­lar­la SSRİ çem­pi­o­na­tı­nın oyu­nu­nu ke­çi­rir­dik. Ne­cə oy­na­dı­ğı­mı­zı bil­mir­dik. Key ki­mi idik. Mosk­va­lı­lar da tə­əc­cüb­lə­nir­di­lər. 0:1 he­sa­bı ilə uduz­duq”.

”Bu onun hə­ya­tın­da son se­vinc ol­du”

1978-ci il iyu­lun 25-i idi. “Neft­çi” Ba­kı­da SSRİ-nin seç­mə ko­man­da­sı ilə yol­daş­lıq gö­rü­şü ke­çi­rir­di. Baş məşq­çi Gen­na­di Bon­da­ren­ko üç-dörd gün­lük Le­ninq­ra­da ai­lə­si­nə baş çək­mə­yə get­di­yin­dən “Neft­çi”ni mey­da­na Va­qif çı­xart­mış­dı.

”Neft­çi aşa­ğı­da­kı he­yət­də mey­da­na çıx­mış­dı:

El­xan Rə­su­lov, Ra­fiq Qu­li­yev (Va­qif İb­ra­hi­mov), Bəx­ti­yar Qu­la­mov, Arif Oru­cov, Asim Xu­di­yev, Əb­dül­qə­ni Nur­məm­mə­dov, Sə­mə­da­ğa Şıx­la­rov (Fü­zu­li Ca­va­dov), Əli Rəh­ma­nov (Ana­to­li Ba­ni­şevs­ki), Asif Əli­yev (İs­gən­dər Ca­va­dov), El­brus Ab­ba­sov (Va­le­ri Oger­çuk), Ni­ko­lay Smol­ni­kov(Vla­di­mir Mi­xay­levs­ki).

Seç­mə ko­man­da­nın he­yə­tin­də isə Ri­nat Da­sa­yev, Yu­ri Ro­mens­ki, Vla­di­mir Lo­zins­ki,Ten­giz Su­lak­ve­lid­ze, Oleq Ko­pa­yev, Vik­tor Plos­ki­na, Va­giz Hi­di­ya­tul­lin, Alek­sandr Red­ko­us, Vi­ta­li Da­ra­se­li­ya, Va­le­ri Pet­ra­kov və “Neft­çi”nin iki ye­tir­mə­si Asif Na­ma­zov­la Sə­məd Qur­ba­nov da çı­xış edir­di­lər

Gö­rüş mey­dan sa­hib­lə­ri­nin üs­tün­lü­yü ilə keç­miş və 2:0 he­sa­bı ilə on­la­rın xey­ri­nə qur­tar­mış­dı. Top­la­rı oyu­nun 22-ci də­qi­qə­sin­də El­brus Ab­ba­sov, 84-cü də­qi­qə­də isə Ana­to­li Ba­ni­şevs­ki vur­muş­du­lar.

Oyun ba­şa çat­dıq­dan son­ra mən Va­qi­fi qə­lə­bə mü­na­si­bə­ti­lə təb­rik et­dim. O, çox se­vi­nir­di. Onun se­vin­ci­nin həd­di-hü­du­du yox idi. Bu onun hə­ya­tın­da son se­vinc ol­du. Hə­min ge­cə Va­qif ev­də ürək ağ­rı­sın­dan dün­ya­sı­nı də­yiş­di.

Bu gö­zəl mü­tə­xəs­sis, sa­də və mə­də­ni in­sa­nın dün­ya­dan get­mə­si­lə Azər­bay­can fut­bo­lu çox şey itir­di. Çox is­te­dad­lı məşq­çi­ni er­kən itir­dik. Onun ar­zu­la­rı bö­yük idi. Çox heyf ki, ar­zu­la­rı­na çat­ma­mış dün­ya­nı tərk et­di.

Əmək­dar jur­na­list Abas Əzi­mov