1376
Samuel Eto`Onun təşkil etdiyi dünya ulduzları ilə Türkiyə veteranları arasındakı oyunda prezident Rəcəb Tayyip Ərdoğan da iştirak edəcək. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Fond yeni oyuna Türkiyə Prezidentini də dəvət edib. Antalya Böyükşəhər Bələdiyyə sədri Menderes Türel sosial şəbəkədə Ərdoğanın dəvəti qəbul etdiyini açıqlayıb.
.jpg)
”Messi ilə bərabər dünyanın digər ulduzu Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da Antalya Arenada futbol oynayacaq. Xairici oşlər naziri Mövlüd Çavuşoğlu və bəndənizin də forma geyinəcəyi iyunun 16-da 20:45-də (Türkiyə vaxtı ilə) başlayacaq qarşılaşmaya hamınız dəvətlisiniz”, - Menderes Türel deyib.
Türkiyənin “Antalyaspor” klubunun kamerunlu futbolçusu Samuel Eto'onun adını daşıyan fondun təşkil etdiyi bu qarşılaşmadan gələn gəlir afrikalı uşaqlar üçün xərclənəcək.
Qeyd edək ki, Samuel Eto`O vəqfinin 10 illiyinə həsr olunmuş möhtəşəm şou matçda Maradona, Messi, Neymar, Suarez, Eden Hazard, Totti, Maykl Essyen, Xavi, Avqustin Okoça, Piyer Emerik Obameyanq, İniyesta, Arda Turan və başqaları meydana çıxacaq.