çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Fransa 3-cü dəfə bu sevinci yaşaya biləcəkmi?

10.07.2016 10:14 Oxundu 1298

Bu gün AÇ-2016-nın final matçı oynanılacaq. Turnir Portuqaliya – Fransa matçı ilə yekunlaşacaq. Sayca 15-ci qitə çempionatı olan budəfəki yarışın qalibi həm də tarixə düşmüş olacaq. Belə ki, Portuqaliya yığması qələbə qazansa, ilk dəfə qızıl medalları əldə edəcək. Bununla da pireneylilər Avropa çempionları sırasına daxil olacaq

Fransanın qalib gələcəyi təqdirdə isə “xoruzlar” rekorda ortaq olacaqlar. Tarixində iki dəfə final oynayan (1984, 2000) fransızlar hər iki halda kuboku başı üzərinə qaldırıb. Bu dəfə də eyni hal yaşansa, Didye Deşamın yetirmələri Almaniya və İspaniya kimi tarixində 3-cü dəfə bu sevinci yaşayacaqlar.

Ümumilikdə isə Fransa və Portuqaliya milliləri tarixdə 25-ci dəfə üz-üzə gələcəklər.

Final

10 iyul

23:00. Portuqaliya - Fransa

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Cek Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Ehtiyat yan xətt hakimi: Qyorgi Rinq (Macarıstan)

UEFA nümayəndələri: Yanis Mezekis (Latviya), Julien Olbert (Fransa)

Sen-Deni. “Stad de Frans”