11.07.2016 09:51
2288

Fransa millisinin hücumçusu Antuan Qrizman "Avro-2016"nın bombardiri adını qazanıb. 25 yaşlı futbolçu keçirdiyi 7 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə verib. Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldo 3 qol və 3 məhsuldar ötürmə ilə ikinci olub. Fransa millisinin digər hücumçusu Olivye Jiru isə bombardirlik siyahısında üçüncü pillədə qərarlaşıb. O da Ronaldo kimi 3 qol vursa da, məhsuldar ötürmələrin sayında (2 ötürmə) rəqibinə uduzub.
Qeyd edək ki, "Avro-2016"nın qalibi adını finalda Fransaya 1:0 hesabı ilə qalib gələn Portuqaliya yığması qazanıb. Bu, Priney təmsilçisinin tarixində ilk Avropa çempionluğu olub.