çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

"Sumqayıt" Türkiyədə 4 yoxlama matçı keçirəcək

11.07.2016 10:04 Oxundu 1638

"Sumqayıt" Futbol Klubu 2016/2017 futbol mövsümü üçün hazırlığın birinci mərhələsini başa vurub. Bir günlük istirahətin ardından Samir Abasovun rəhbərlik etdiyi komanda iyulun 12-də hazırlığın 2-ci mərhələsi üçün qonşu Türkiyəyə yola düşəcək. Komanda iyulun 26-dək Bolu bölgəsində təlim-məşq toplanışı keçəcək. "Sumqayıt" FK Türkiyədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Komanda Bolunun VON Hotelində məskunlaşacaq.

Qeyd edək ki, “Sumqayıt” Futbol Klubu təlim-məşq toplanışının 1-ci mərhələsi dövründə “Şuşa-Qarabağ”la və “Zirə” ülə görüşüb. İlk yoxlama oyununda “Şuşa-Qarabağ”ı minimal hesabla üstələyən Samir Abasovun yetirmələri “Zirə” ilə 0:0 hesablı heç-heçə edib.