çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

SOCAR Sanşeşi mükafatlandırdı

11.07.2016 10:14 Oxundu 1496

Portuqaliya yığmasının futbolçusu Renatu Sanşeş AÇ-2016-nın ən yaxşı gənc futbolçusu seçilib. 18 yaşlı oyunçu bu nominasiyada həmyerlisi Rafael Gerrero və fransalı Kinqsli Komanı qabaqlayıb. SOCAR-ın dəstəyi ilə təsis edilən mükafatı Sanşeşə AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.

Qeyd edək ki, UEFA-nın yeni mükafatını 1994-cü il, 1 yanvar tarixindən sonra anadan olan hər bir futbolçu ala bilərdi.

Bir daha xatırladaq ki, Renatu Sanşeş ilk dörd oyunda 3 dəfə meydana çıxıb. Və vurduğu qolu ilə ən gənc oyunçu kimi Avropa çempionatlarının tarixinə düşüb. O, yarımfinalda da Uelsə qarşı mübarizədə diqqət mərkəzində olub.

“Bavariya”nın 35 milyon avro+bonuslar qarşılığında “Benfika”dan transfer etdiyi Renatu Sanşeş Avropanın ən istedadlı gənc futbolçularından biridir