çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

“İnter” də Türkiyəyə getdi

11.07.2016 10:48 Oxundu 1434

Bakı-İstanbul-Ankara reysilə qardaş ölkəyə yollanan “İnter” FK Qızılcahamam rayonunda yerləşən “Cam” hotelində məşkunlaşacaq. Komanda toplanış çərçivəsində 4 yoxlama matçı keçirməyi planlaşdırır. İyulun 14-də “İnter”FK Türkiyə Superliqasının təmsilçisi “Kasımpaşa”FK ilə qarşılaşacaq. Oyun Bakı vaxtıyla 18.00-da baş tutmalıdır. “İnter” iyulun 18, 22 və 25-də yoxlama oyunları keçirməyi planlaşdırır. Rəqiblər hələlik məlum deyil.

Qeyd edək ki, “İnter”FK Türkiyə toplanışını iyulun 26-da yekunlaşdıracaq.