1553
Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Şkendiya" oyununun hakimləri açıqlanıb. İyulun 14-də Bakıda baş tutacaq qarşılaşmanı belaruslu hakimlər idarə edəcək. Oyunun baş hakimi Sergey Sinkeviç olacaq. Ona Yevgeni Romanov və Vitali Malyutin kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi Viktor Şimusik olacaq. (Qeyd edək ki, "Neftçi" - "Şkendiya" (Makedoniya) görüşünü baş hakimi 40 yaşlı Sergey Sinkeviç iki həftə öncə də elə eyni məkana çıxıb. Belə ki, o, iyunun 30-da 8-ci km stadionunda "Qəbələ"nin "Samtredia" (Gürcüstan) üzərindəki darmadağını (5:1) zamanı dördüncü hakim olub. Ümumiyyətlə, Sinkeviç əvvəllər də Bakıya gəlib. O, "Qarabağ"ın 2014/15 mövsümündəki 2 görüşündə də iş başında olub. Çempionlar Liqasında "Valletta" ilə Respublika stadionundakı görüşdə baş hakim olan belaruslu ağdamlıların 4:0 hesablı qələbəsinə şahidlik edib. Sinkeviç qonaqlara iki qırmızı vərəqə də göstərib. "Qarabağ"ın qrupda "İnter"lə İtaliyadakı matçına da təyinat alan referi həmin görüşdə əlavə köməkçi hakim kimi qapı arxasında durub və milanlıların qələbəsini görüb - 2:0)
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək MTK - "Qəbələ" qarşılaşmasında ədaləti İsveçdən olan hakimlər qoruyacaqlar. İyulun 14-də Macarıstanın Dyer şəhərində keçiriləcək görüşdə Boyan Pandjiç baş hakim olacaq. Qarşılaşmanın yan xətt hakimləri Stefan Hallberq və Maqnus Syoblom, dördüncü hakimi isə Mohammed Al-Hakimdi. Qeyd edək ki, MTK - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Avstriyada baş tutacaq "Admira" - "Kəpəz" matçı isə Monteneqrodan olan hakimlər briqadasına tapşırılıb.
Belə ki, matçı Pavle Radovanoviç idarə edəcək. Ona Dimitriye Mrqudoviç və Aleksandr Dyikanoviç yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Miloş Savoviç yerinə yetirəcək.
Qeyd edək ki, "Admira" - "Kəpəz" matçı iyulun 14-də keçiriləcək