2931
AÇ-2016-nın final matçının 17-ci dəqiqəsində Fransa yığmasının üzvü Dmitri Paye Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldonu zədələdi. Bu zədədən sonra o, həkimlərin yardımı ilə oyunu davav etdirmək istəsə də, istəyinə nail ola bilmədi. Nəticədə, ulduz futbolçu final görüşünün 25-ci dəqiqəsində meydanı ağlaya-ağlaya tərk etdi. Və yerini Rikardo Kuarejmaya verdi. Qarşılaşma isə Portuqaliyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşdı.
Yeganə qolun müəllifi Eder oldu. Bu qoldan sonra da Kriştianu Ronaldonu göz yaşlarına hakim ola bilmədi. Təbii ki, bu, sevinc göz yaşları idi.
Əgər yadınızdadırsa, Amerika kubokunun finalının penaltilər seriyasında Çiliyə 2:4 hesabı ilə məğlub olan Argentina millisinin ulduz futbolçusu Lionel Messi də göz yaşlarına hakim ola bilməmişdi. Üstəlik, Argentina yığmasının və "Barselona"nın ulduzu Lionel Messi bu oyundan sonra millidə karyerasını başa vurduğunu söyləmişdi. Görəsən Portuqaliya finalda Fransaya uduzsaydı, Ronaldo da onun kimi adddım atardımı?
.jpg)
Qeyd edək ki, Portuqaliya yığması Fransanı finalda məğlub etməklə Avropa Çempionatında ilk dəfə qızıl medal qazandı. Bununla da pireneylilər Avropa çempionları sırasına daxil oldular. Və 10-cu Avropa çempionu oldu.
Tarixində 2-ci dəfə finala yüksələn portuqaliyalılar 2004-cü ildə evdə Yunanıstana uduzmasını 12 il sonra meydan sahiblərini yenməklə çıxmış oldu. Yarımfinala qədər matçların əsas vaxtında qələbə qazana bilməyən, yalnız son oyunda Kriştianu Ronaldonun qol və məhsuldar ötürməsi ilə sevinən portuqaliyalıların kapitanı üçün də qələbənin dəyəri böyük oldu. Bu, onun ilin sonunda "Qızıl top" qazanması üçün həlledici amillərdən biri oldu.