çərşənbə, 21 yanvar 2026

DİGƏR NÖVLƏR

Gimnastlarımız Kazanda çıxış ediblər

11.07.2016 14:33 Oxundu 1550

Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə dünya kuboku yarışları keçirilib. Azərbaycan Gimnastika Federasiyasından verilən xəbərə görə, ölkəmizi yarışda Marina Durunda və Jalə Piriyeva təmsil ediblər. Otuz altı gimnast arasında keçirilən çoxnövçülük yarışlarında M.Durunda 7-ci, J.Piriyeva isə 19-cu yerdə qərarlaşıb.

Ayrı-ayrı alətlər üzrə finallarda çıxış edən M.Durunda lentlə 6-cı, gürzlərlə 7-ci, halqa və topla hərəkətlərdə 8-ci yerləri tutub.