çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Hər biri ölkə federasiyası tərəfindən 275 min avro mükafatlandırılacaq

11.07.2016 16:16 Oxundu 1516

Avropa çempionu olan futbol üzrə Portuqaliya yığmasının qazandığı pul mükafatı məlum olub. Türkiyənin “Hürriyət” qəzetinin məlumatına görə, finalda Fransanı Ederin qolu ilə məğlub edən portuqaliyalı futbolçuların hər biri ölkə federasiyası tərəfindən 275 min avro mükafatlandırılacaq. Portuqaliya favorit ölkələr arasında ən az çempionluq mükafatı alacaq yığmadır. Bundan başqa, Portuqaliya millisinin futbolçuları Avro-2016-ya qatıldıqları üçün federasiyadan pul mükafatı almağı qəbul etməmişdilər. Avro-2016 çempionu olduğundan Portuqaliya, eyni zamanda 25,5 milyon pul mükafatına sahib çıxıb.