çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Ronaldo "Gümüş butsu"nu Naniyə bağışladı

11.07.2016 17:13 Oxundu 1818

Futbol üzrə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu “Avro-2016”nın final oyunundan sonra “Gümüş buts” mükafatını komanda yoldaşı Naniyə hədiyyə edib. Bununla əlaqədar Nani “İnstagram” səhifəsində bunları yazıb: "Sən kapitandan da artıqsan, sən əsil çempionsan. Hədiyyənə görə təşəkkür edirəm. Portuqaliya irəli. Biz çempionuq”.

Ronaldu turnirdə 625 dəqiqə meydanda olub. O, 3 qol vurub və 3 ötürmə edib. Naninin aktivində isə 3 qol və 1 məhsuldar ötürmə var.

“Qızıl buts”a Fransa millisinin üzvü Antuan Qrizman sahib olub.

Qeyd edək ki, “Avro-2016”nın finalında Portuqaliya millisi Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu olub.