1800
*Fransa yığmasının oyunçusu Antuan Qrizman çempionatda 6 top vurub.
*Portuqaliya yığması ilə Fransa arasındakı final matçı Avropa çempionatları arasında əsas vaxtı 0:0 hesabı ilə başa çatan ilk oyundur.
*Aron Remzi və Eden Azar qolla nəticələnən 4 ötürmə veriblər.
*Ronaldo həmçinin Macarıstanın qapısına vurduğu qolla 4 Avropa çempionatında qol vuran ilk futbolçu olub.
*18 yaşlı Renatu Sanşeşe Avropa çempionatının ən gənc oyunçusu olub. O bununla da Ronaldonun rekordunu (19 yaş) təzələmiş olub.
*İslandiya yığmasının qapıçısı Hannes Halldourson orta hesabla hər oyunda 5 dəfə öz qapısını 100 faizli qoldan xilas edib.
*Avropa çempionatının ən sürətli oyunçusu Kinqsli Koman olub. O, saatda 32,8 kilometr qaçaraq belçikalı Karraskonu azacıq (32,3km) qabaqlayıb.
*Macarıstan yığmasının qapıçısı Kiray 40 yaşı olmasına baxmayaraq, etibarlı oyunu ilə sübut edib ki, bu yaşda da əla formada olmaq olar.
*Portuqaliya Fransa yığmasına qalib gəlməklə 41 illik qələbə həsrətinə son qoyub. Portuqaliya sonuncu dəfə 1975-ci ildə Fransa yığmasına Parisdə 2:0 hesabı ilə qalib gəlmişdilər.
*Fransa 1960-cı ildən sonra ilk dəfə öz meydanlarında keçirən beynəlxalq turnirdə məğlubiyyət ağrısını yaşayıb. 1960-cı ildə Avropa çempionatının bürünc medalları uğrunda keçirilən oyunda Fransa öz meydanında Çexoslovakiyaya 0:2 hesabı ilə məğlub olmuşdu.
*Levandovski Avropa çempionatında ən tez qol vuran oyunçu olub. Bu sahədə rekord isə hələ də Rusiya yığmasının oyunçusu Dmitri Kiryakova məxsusdur. O, 2004-cü ildə yunanlarla oyunu 67-ci saniyədə rəqib qapısından qol keçirmişdi.
*Avropa çempionatında hər oyunda orta hesabla 2,12 qol vurulub. Bundan əvvəlki Avropa çempionatında isə orta hesabla hər oyunda 2,45 ol vurulmuşdu.
*Portuqaliya yığmasının oyunçusu Naninin İslandiyanın qapısına vurduğu qol Avropa çempionatları tarixində vurulan 600-cı qol olub.
*Avropa çempionatının oyunlarını 2 milyon 427 min 303 nəfər izləyib. Orta hesabla hər oyuna 47 min 594 nəfər tamaşa edib.
*Avropa çempionatında11 metrlik cərimə zərbələrini rəqib qapılarından keçirə bilməyən oyunçuların arasında Ronaldo, Ramos, Məsud Özil və Draqoviç kimi mqəşhur futbolçuların adları var.