1515
Sabah "Qarabağ"ımız Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburq "F91 Düdelanj"ını qəbul edəcək. Komandanın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
"Oyuna yaxşı hazırlaşmışıq, rəqib haqda kifayət qədər məlumatımız var, oyunlarını da canlı izləmişəm. "F91 Düdelanj" yetərincə güclü komandadır, komandanın baş məşqçisi almaniyalıdır və Almaniya futbolunun nizam-intizamına uyğun futbolçular yığıb. Hər mövqedə yaxşı futbolçuları var, intizamlı oyun göstərirlər. Bunu özümüzü siğortalamaq üçün demirəm, biz də yaxşı nəticə qazanmağa çalışacağıq.
Reynaldonun sabah meydanda olub-olmaması bəlli deyil. Həkimlərin raportu əsasında son qərarı verəcəyik.
Sabah stadionun dolacağına inanıram. Hər kəsi stadiona dəvət edirəm".