11.07.2016 22:11
1663
1663
Fransada keçirilmiş Avropa Çempionatının sponsorlarından olan SOCAR-ın dəstəyi ilə bir qrup azərbaycanlı yeniyetmə futbolçu Parisdə olaraq stadiondan yarışın final görüşünə tamaşa edib.
“Stad de Frans”da keçirilən Fransa – Portuqaliya oyununu izləyənlər arasında “Kəpəz”in U-11 komandasının üzvü Sadiq Şəfiyev də olub. Son mövsümdə Azərbaycan birinciliyinin qalibi və bombardiri olan Sadiq Kriştiano Ronaldonun azarkeşidir. Matçın gedişində superulduzun zədələnərək meydanı vaxtından əvvəl tərk etməsinə üzülən Şəfiyev göz yaşlarını saxlaya bilməyib.