1488
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da bu mövsüm Avrokuboklarda ilk oyununu keçirəcək.Turnirə ikinci mərhələdən başlayan ağdamlılar ardıcıl 3-cü dəfə qitənin ən nüfuzlu klub yarışında çıxış edəcək. Rəqib isə Lüksemburqun “Düdelanj” klubudur. Son iki mövsümdə ilk səddi uğurla adlamağı bacaran “köhlən atlar” “Düdelanj”ı keçə bilsə, pley-offda oynamaq şansı qazanacaq. Belə ki, növbəti mərhələdəki qalibiyyət çempionumuz üçün Çempionlar Liqasında, məğlubiyyət isə Avropa Liqasında çıxış etmək şansı olacaq.
Ötən iki mövsümdə məhz sonuncu turnirin qrupuna düşən çempionumuz ən azı həmin qrafiki təkrarlamaq üçün lüksemburqluları mübarizədən kənarlaşdırmalıdı.
Amma əyalət klubu əvvəlki illərdə olduğu kimi yenə Avropa Liqası deyil, Çempionlar Liqasının qrupunda düşmək arzusundadı. Bunu gerçəkləşdirmək yolunda ilk addım da Bakıda atılmalıdı. Həm də “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionundakı matçda gələn həftə səfərdə keçiriləcək oyunöncəsi sərfəli nəticə əldə etməlidi.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
12 iyul
21:00. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq)
Baş hakim: Orel Qrinfild
Baş hakimin köməkçiləri: Danni Krasikov, İdan Yarkoni Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)
Hakim-inspektor: Zdravko Yokiç (Serbiya)
UEFA nümayəndəsi: Vladimir Çorno (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu