12.07.2016 11:42
1292
1292
“Zenit”dən ayrılan Azərbaycan əsilli futbolçu Ramil Şeydayevin karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib. ntvspor.net saytına bildirib ki, “Trabzonspor” 20 yaşlı hücumçunu rəsmən heyətinə qatıb.
Tərəflər arasında imzalanan müqaviləyə əsasən, Şeydayev qarşıdakı 4 ili “bordo-mavililər”in heyətində keçirəcək.
Şeydayevin “Trabzonspor”da nə qədər məvacib alacağı da bəlli olub. Qarşıdakı mövsümdə 430 min avro maaş alacaq Ramil 2017-2018 mövsümündə 350 min, 2018-2019 mövsümündə 400 min, 2019-2020 mövsümündə isə 450 min avro qazanacaq.Qeyd edək ki, Ramil Şeydayev bu günlərdə AFFA-ya müraciət edərək, Azərbaycan millisində oynamaq istədiyini bildirib.