çərşənbə, 21 yanvar 2026

DİGƏR NÖVLƏR

“Asiyanın uşaqları”ndan 5 medal

12.07.2016 12:08 Oxundu 1518

Rusiyanın Yakutiya vilayətində yeniyetmələr arasında VI Beynəlxalq “Asiyanın uşaqları” Oyunlarında cüdo yarışlarına yekun vurulub. Cüdo yarışlarının sonuncu günündə Azərbaycan millisi daha bir medal qazanıb. Yarışda 90 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Cəfər Əkbərli gümüş medala sahib olub.

Bununla da, yeniyetmə cüdoçularımız “Asiyanın uşaqları” Oyunlarını bir qızıl, üç gümüş və bir bürünc medalla başa vurublar.

Ölkəmizə qızıl medalı Ağabəy Ağazadə (55 kq), gümüş medalları Əli Sadıxov (46 kq), Nazir Talıbov (50 kq) və Cəfər Əkbərli (90 kq), bürünc medalı isə Vüsal Şamilov (73 kq) qazandırıb.