12.07.2016 21:26
1305
1305
Azərbaycan milli komandasında çıxış etmək üçün müraciət etmiş Ramil Şeydayev istəyinə çatmaq üzrədir. Artıq futbolçu Azərbaycan pasportu alıb.
Bu barədə Rusiyanın "Matç TV" telekanalına hücumçunun meneceri Sergey Kuşov açıqlama verib: Bazar ertəsi Şeydayev Azərbaycan pasportu alıb. O, Azərbaycan millisinin heyətində çıxış etmək istəyir". O həmçinin bildirib ki, AFFA bununla bağlı FİFA-ya da müraciət edib. Tərəflər ali futbol qurumunun qərarını gözləyirlər.