çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

Artıq “Barselona” erası da bitib

20.04.2017 12:07 Oxundu 2200

İtaliyalı məşqçi Klaudio Ranyeri Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçlarını dəyərləndirib.

“qafqazinfo” xəbər verir ki, təcrübəli çalışdırıcı iki oyunun nəticəsinə görə “Yuventus”a məğlub olan “Barselona”nın dünya futbolunda söz sahibi olmadığını dilə gətirib. O, artıq katalonların erasının başa çatdığını deyib:

“Dünya futbolunda müxtəlif vaxtlarda müxtəlif komandaların erası olub. “Mançester Yunayted”, “Ayaks”, “Yuventus”, “Milan”, “İnter” eraları olub. Ondan sonra növbə “Barselona” və “Real”a çatdı. Artıq “Barselona” erası da bitib. Kataloniya klubu üçün hər şey sona çatıb”.