çərşənbə axşamı, 13 yanvar 2026

DÜNYA FUTBOLU

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı “11-liy”i

20.04.2017 22:38 Oxundu 2002

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı “11-liy”i bəlli olub. İngiltərə Peşəkar Futbolçular Birliyinin açıqladığı siyahıda ən çox oyunçuyla “Çelsi” və “Tottenhem” təmsil olunub. Premyer Liqanın cari mövsümünün lideri “zadəganlar” və ikincisi olan hotspurlular hərəyə 4 futbolçuyla təmsil olunublar. “Mançester Yunayted”, “Liverpul” və “Everton”dan isə bir futbolçu əsas komandaya düşüb:

David De Xea (Mançester Yunayted), Kayl Uolker (Tottenhem), David Luiz (Çelsi), Denni Rouz (Tottenhem), Qari Keyhill (Çelsi), N’Qolo Kante (Çelsi), Dele Alli (Tottenhem), Eden Hazard (Çelsi), Sadio Mane (Liverpul), Harri Keyn (Tottenhem), Romelu Lukaku (Everton)