2174
Bu gün UEFA Avropa Liqasında yarımfinalın püşkü atılacaq. "apasport"un məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində son 4-ə qalan komandalar final yolundakı rəqiblərini tanıyacaqlar.Mərasim İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Avroliqanın yarımfinalında aşağıdakı komandalar mübarizə aparacaqlar.
“Ayak” (Amsterdam, Hollandiya)
“Selta” (Viqo, İspaniya)
“Lion” (Fransa)
“Mançester Yunayted” (İngiltərə)
Püşkatma açıq şəkildə keçiriləcək və bütün komandalar bir-birilərinə rəqib ola bilərlər.
Qeyd edək ki, yarımfinal ilk görüşləri mayın 4-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq. Turnirin final matçı isə mayın 24-də İsveçin paytaxtı Stokholmda, “Friends Arena in Solna”da keçiriləcək.