1999
"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Avropa Liqasının 1/4 finalında "Lion"a penaltilər seriyasında 6:7 hesabı ilə uduzduqları matçı (əsas və əlavə vaxt - 2:1) şərh edib. O, Avroliqada mübarizəni dayandırdıqları üçün məyus olduqlarını bildirib:
"Buna baxmayaraq, alnımız ağ, başımız ucadır. Çünki turnirdə 12 matçda 5 qələbə qazandıq, 5 heç-heçə etdik, 2 məğlubiyyət aldıq. Beynəlxalq arenada əzildiyimizi heç düşünmürəm. Təkcə, Kiyev "Dinamo"suna uduzduğumuz matçda yaxşı oynamamışdıq. Orada da başqa hadisələr olmuşdu".
O, penaltilər seriyasında bəxtin böyük rol olduğunu deyib:
"Penaltilərlə bağlı əvvəlcədən çalışmışdıq. Bəzi penalti üçün futbolçu alırsan, ancaq o, bunu düzgün yerinə ytirmir. Artıq bu turnir bitti, daha gələcəyə baxırıq. Növbəti mövsüm Çempionlar Liqasında oynayıb qrupdan çıxmaq istəyirik".