çərşənbə axşamı, 13 yanvar 2026

ŞAHMAT

Hər iki təmsilçimiz qara fiqurlarla oynayacaq

21.04.2017 10:51 Oxundu 2755

Bu gün mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” turnirinə start veriləcək. 4-cü dəfə keçiriləcək yarışın ilk turunda Azərbaycanın hər iki təmsilçisi qara fiqurlarla oynayacaq. Şəhriyar Məmmədyarov turnirin reytinq favoriti Uesli Soya (ABŞ), Teymur Rəcəbov isə Pavel Elyanovla (Ukrayna) qarşılaşacaq. Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçiriləcək yarış saat 15-00-da start götürəcək.

I tur
Radoslav Voytaşek (Polşa) - Vladimir Kramnik (Rusiya)

Veselin Topalov (Bolqarıstan) - Maykl Adams (İngiltərə)

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Sergey Karyakin (Rusiya) - Pentala Harikrişna (Hindistan)

Pavel Elyanov (Ukrayna) - Teymur Rəcəbov (Azərbaycan)